Haqqımızda

Gəlin tanış olaq!

Biz kimik?

“İşıq” Təhsil İşçilərinin İnkişafına Dəstək ictimai birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və gəlirlərini üzvlər arasında bölməyən, qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Məqsədimiz nədir?

Birliyin məqsədi təhsil işçilərinin peşəkar inkişafına dəstək olmaq və onların peşəkar maraqlarının müdafiəsinin təşkilidir. Bu məqsədə nail olmaq üçün müxtəlif tədbir və fəaliyyətlər həyata keçirilir.

Təhsil işçilərinin peşəkar inkişafı:  "İŞIQ" İB təhsil işçilərinin peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək üçün təlimlər, seminarlar, konfranslar və kurslar təşkil etməyi planlayır. 

Təhsil işçiləri arasında əməkdaşlığın gücləndirilməsi: "İŞIQ" İB təhsil işçiləri arasında şəbəkələşmə vasitəsilə təcrübə mübadiləsinə nail olmağı hədəfləyir. Əməkdaşlıq onların bilik və bacarıqlarını artırmaq istiqamətində əhəmiyyətli resursdur.

Peşəkar maraqların müdafiəsi: "İŞIQ" İB təhsil işçilərinin peşəkar maraqlarını qorumağı hədəfləyir. Bu məqsəd layiqli iş şərtləri də daxil olmaqla digər peşəkar maraqların qorunmasını əhatə edir.

 

Dəyərlərimiz

İnklüzivlik

İnklüzivlik, ayrıseçkilik olmadan hər bir şəxsin fərqlilikləri ilə birlikdə cəmiyyətdə və təşkilatlarda qəbul edildiyi və dəyər verildiyi bir münasibəti ifadə edir.

Bərabərlik

Bərabərlik, hər bir fərdin, cəmiyyətin və ya qurumun bərabər hüquqlara, imkanlara və dəyərlərə malik olması prinsipidir.

Güvən

Güvən, bir şəxsin və ya qurumun başqa bir şəxsə və ya quruma, habelə qurumdaxili münasibətlərə inamı, etimadıdır.

Peşəkarlıq

Peşəkarlıq, müəyyən bir peşə, iş və ya sahə daxilində yüksək səviyyədə bilik, bacarıq, nizam-intizam və məsuliyyətlə hərəkət etməkdir.

Əməkdaşlıq

Əməkdaşlıq, ümumi məqsədlərə nail olmaq üçün fərdlər, qruplar və ya təşkilatlar arasında qurulan əlaqələrdir. Əməkdaşlığa inanır və bütün mümkün vəziyyətlərdə onu dəstəkləyirik.