SVG
SVG
Başlama tarixi: 2023-12-05

"Müəllimlər otağı" podkastı

Əziz müəllimlər, “Müəllimlər otağı” podkastı sizin haqqınızda və sizin üçündür. “Müəllimlər otağı” – müəllimlərin peşəkar həyatına işıq tutmaq üçün hazırlanmışdır. Buraxılışlarda dəvət edilmiş mütəxəssislərlə birlikdə müəllimlərlə, təhsillə bağlı mövzular müzakirə edilir. Podkastı izləməklə siz həm də təhsil sahəsindəki yerli və beynəlxalq islahatlar haqqında məlumat ala biləcəksiniz. “Müəllimlər otağı” podkastı “İşıq” Təhsil İşçilərinin İnkişafına Dəstək ictimai birliyi və “Edumap” təhsil platformasının birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlməkdədir. Bizi  Youtube platformasında, həmçinin Spotify for podcasters tətbiqini yükləməklə dinləyə bilərsiniz.